Makron səfiri ölkədən çıxarmaq istəyən Niger çevrilişçilərinə meydan oxudu

Makron səfiri ölkədən çıxarmaq istəyən Niger çevrilişçilərinə meydan oxudu

“Fransanın Nigerdəki səfiri son çevriliş liderlərinin təzyiqlərinə baxmayaraq ölkədə qalacaq”.

Bu sözləri Fransa Prezidenti Emmanuel Makron diplomatlara müraciətində deyib.

Makron həmçinin devrilmiş Niger prezidenti Məhəmməd Bazuma Fransanın dəstəyini bir daha təsdiqləyib, həmçinin onun istefa verməmək qərarını cəsur addım kimi qiymətləndirib.

“Hesab edirəm ki, bizim siyasətimiz düzgündür. Bu, prezident Bazumun cəsarəti və bütün təzyiqlərə, qeyri-legitim hakimiyyətin bütün bəyanatlarına baxmayaraq, bölgədə qalan səfirimizin öhdəliyinə əsaslanır”, – deyə Makron bildirib.

Xatırladaq ki, 26 iyul çevrilişi nəticəsində hakimiyyəti ələ keçirən Niger xuntası Fransa səfiri Silven İtteyə 48 saat ərzində ölkəni tərk etmə əmri verdiyini bəyan edib.

Makron həmçinin bəzi ABŞ və Avropa rəsmilərinin bağlı Qərb ölkələrinə Bazumdan imtina etmələri ilə çağırışlarını da rədd edib.

“Biz çevrilişi həyata keçirənləri tanımırıq, biz istefa verməyən prezidenti dəstəkləyirik və bundan əlavə, iştirak etməyə davam edirik”, – deyə Makron qeyd edib.

Mənbə: “Reuters”

Share: