“Zinət əşyalarımı satıb qumar oynayırdı…”

“Zinət əşyalarımı satıb qumar oynayırdı…”

Tanınmış müğənni Sərdar Ortaçın keçmiş həyat yoldaşı, irlandiyalı model Xloe Luqnan 8 il davam edən evlilikləri, ərinin qumar asılılığı və yaşadığı çətinliklər barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, model Ortaçın onun zinət əşyalarını sataraq qumar oynadığını, ərinin qumarı ondan çox sevdiyini bildirib.

“Hamı niyə uşağımızın olmadığını soruşurdu. Keçmiş ərim qumar oynamağı məndən çox sevirdi. İlk günlərimiz çox çətin keçib. Bəzən səhər oyanıb görürdüm ki, qumar oynamaq üçün Kiprə gedib. O vaxtlar mən tez-tez ailəmin yanına qayıdırdım, insanlar məni qınayırdılar. Heç kim düşünmürdü ki, bəlkə, bir səbəbi var. Bu barədə ailəmə dedim. Anam ən yaxın dostumdur, Türkiyəyə gələndə özü də gördü. Çox riskli həyat yaşayırdım, uşaq dünyaya gətirsəm, nə yaşayacağımızı bilmirdim, ona görə də övladım olmadı”.

O, həmçinin S.Ortaçın zinət əşyalarını sataraq qumara verdiyini söyləyib: “Mən Sərdara güvənmədim, özümü heç vaxt onunla rahat hiss etmədim. İrlandiyaya ailəmi görməyə gedirdim, qayıdanda görürdüm ki, zinət əşyalarım yoxa çıxıb. Ərim gedib zinət əşyalarını satır, qumar oynayırdı.

Mən uşaqları çox sevirəm. Kaş hər şey yaxşı olaydı və bu yaşımda iki-üç uşağım olardı. Ömrüm də getdi… Bu şərtlər altında heç bir insan ana ola bilməzdi.

Evdən çıxanda paltarlarımı belə götürmədim. Mən ondan nə maşın, nə də ev istəyirdim. Sadəcə “paltarlarımı göndər” dedim. O, hətta bunu da etmədi”.

Qeyd edək ki, X. Luqnan S.Ortaçla 19 yaşında tanış olub. 2014-cü ildə ailə quran cütlük 2019-cu ildə ayrılıb.


Share: