Sel Giləzi-Xızı yolunu bağladı — Əraziyə xilasedicilər cəlb olunub

Sel Giləzi-Xızı yolunu bağladı — Əraziyə xilasedicilər cəlb olunub

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.


Share: