Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürüb.
“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” doğma meydanında “Molde”ni qəbul edib. Cavab matçında da Norveç klubuna qalib gələn İstanbul təmsilçisi 17-ci dəfə ÇL-in qrup mərhələsin vəsiqəni təmin edib.
Bundan başqa, “Braqa” və “Yanq Boyz” da ÇL-in qrup mərhələsində çıxış edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
29 avqust
23:00 “Qalatasaray” (Türkiyə) – “Molde” (Norveç) – 2:1.
Qollar: İkardi, 7 (pen), Angelino, 90+3, – E.Hestad, 66.
İlk oyun – 3:2
23:00 “Panatinaikos” (Yunanıstan) – “Braqa” (Portuqaliya) – 0:1
Qol: Bruma, 83
İlk oyun – 1:2
23:00 “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) – 3:0
Qollar: İtten, 23, Seck, 28, Uqriniç, 46
İlk oyun – 0:0
Qeyd edək ki, mərhələnin digər oyunları avqustun 30-da keçiriləcək.