Rusiyanın bir neçə vilayətində hava məkanı bağlandı

Rusiyanın bir neçə vilayətində hava məkanı bağlandı

Rusiyanın Vnukovo və Domodedovo hava limanlarında “Xalça” planı elan olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mars” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, analoji qərar Tula, Lipetsk, Oryol və Kaluqa vilayətlərində verilib.

Moskva vilayətinin Serpuxov və Kolomna şəhərlərində də hava məkanı bağlanıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın Pskov şəhərinin hava limanına dron hücumu olub.


Share: