CAR-ın Yohannesburq şəhərində beşmərtəbəli binada baş verən yanğın zamanı 56 nəfər həlak olub.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, daha 43 nəfər isə yaralanıb.
Ölkənin Fövqəladə Hallar Xidmətinin məlumatına görə, yanğın evsiz insanların yaşadığı qeyri-rəsmi tikilidə qeydə alınıb. Onun sözlərinə görə, bu, axtarış işlərini çətinləşdirir. Şahidlər binada təqribən 200 nəfərin yaşadığını ehtimal edirlər.
Həlak olanlar arasında 1 uşağın da olduğu bildirilir.
Yanğının səbəbi açıqlanmayıb.