Xəbər verdiyimiz kimi, bu gün bir qrup müəllim sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunublar.
“Qafqazinfo” xəbər verir ki, test imtahanının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə imtahanın keçirildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbə mediatur təşkil edilib.
Qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarının ilk seansında 1 172 müəllim iştirak edib.