Azərbaycan “Wontai Power” ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan “Wontai Power” ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pekinə səfəri çərçivəsində “Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

Bu barədə nazir “X” sosial şəbəkədəki hesabında yazıb.

“Azərbaycanda investorlar üçün yaradılan əlverişli mühit, alternativ və bərpa olunan enerji sahəsində ölkəmizin potensialı və əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük”, – deyə nazir qeyd edib.

 

Share: