2022-ci il fevralın 24-də Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra Kiyev müttəfiqlərindən müxtəlif hərbi yardımlar şəklində təxminən 100 milyard dollar alıb.
Bu barədə Ukrayna mətbuatına müsahibəsində ölkənin müdafiə naziri Aleksey Reznikov bildirib.
O, 50 milyard dollardan artıq vəsaitin ABŞ tərəfindən verildiyini və bu rəqəmin 60 milyard dollara yaxınlaşdığını vurğulayıb.
Bundan əlavə, Reznikov qeyd edib ki, Ukrayna Müdafiə Nazirliyinin bütün büdcəsi əsasən hərbçilərin maddi təminatına, eləcə də müxtəlif kompensasiyalara xərclənir.
Mənbə: mk.ru