Qurban Qurbanovun komandasının son 12 ildə ən uğursuz startı

Qurban Qurbanovun komandasının son 12 ildə ən uğursuz startı

“Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb.

“Qafqazinfo” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, son çempion 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanıb.

Qurban Qurbanovun komandası 5-ci turda “Səbail”ə 1:2 hesabı ilə uduzub. Ağdam klubu arxada qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşayıb.

“Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da komanda 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.

Ağdam klubunun daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.


Share: