Ukrayna polisinə paytaxt Kiyevin bütün ticarət və əyləncə mərkəzlərinin minalanması barədə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Kiyev Şəhər Hərbi Administrasiyasının (KGVA) rəhbəri Sergey Popko açıqlama yayıb.
“Paytaxt polisinə Kiyevdəki bütün ticarət və əyləncə mərkəzlərinin minalanması barədə məlumat daxil olub”, – Popko bildirib.
KGVA rəhbəri şəhər sakinlərini sakit olmağa çağırıb.