Tayvanda güclü “Haikui” qasırğası zamanı 80-ə yaxın insan xəsarət alıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 220 min ev işıqsız qalıb, 14 şəhərdə məktəblər bağlanıb, müəssisələrin fəaliyyəti dayandırılıb.
Bildirilib ki, dağlıq ərazilərdə yerləşən sürüşmə təhlükəsi olan rayonlardan ümumilikdə 7 mindən çox insan təxliyə ediliblər.
Hava proqnozlarına görə, “Haykui” hazırda Çinə doğru irəliləyir. Eyni zamanda, meteoroloqların fikrincə, həftənin sonuna qədər Tayvanda güclü yağışlar yağacaq və bu, yeni daşqınlara səbəb ola bilər.
Daha əvvəl “Haikui” tayfunu səbəbindən Tayvanda kütləvi təxliyə barədə məlumat verilmişdi .