“Xaç atası” filminin gənc Vito Korleonesi, “Bir dəfə Amerikada”nın “Əriştə”si və “Böyük ümidlər”in “məsum cinayətkarı”.
Bunlar Robert de Nironun ən yaxşı filmləridir. Hər birində tam başqadır, fərqlidir. Elə həyatda da dostluqları və maraqlı sevgi hekayəsi ilə əsl qəhrəmandır.
Dünya kinoulduzunun maraqlı dostluqları, səhərə qədər davam edən məclisləri, sənət haqqında söhbətləri həmyerlimiz, “Bakılı oğlanlar” klubunun rəhbəri Anar Məmmədxanovla da tanışlığına səbəb olur.
1997-ci ildə yenə Moskva kinofestivalından sonra baş tutan məclislərin birində Aleksandr Abdulov De Niro və Anarı tanış edir. Elə hər şey həmin gün baş verir.
Həmyerlimizlə eyni məclisdən duran De Niro Moskvanı yaxşı tanıyan Anarla səhərə qədər gəzir. Bir çox məkanlarla tanış olur və səhər 6-da Anara maraqlı bir sual verir: “Bakıda səhərlər nə edirsiniz?”
Anar “Xaş yeyirik” deyə cavab verəndən sonra De Niro onun nə olduğunu soruşur. Daha sonra birlikdə xaş yeməyə getməyi təklif edir.
Ətraflı Baku TV-nin süjetində: