Moskvadan havaya qalxan iki təyyarəni ildırım vurdu…

Moskvanın “Şeremetova” aeroportundan havaya qalxan iki təyyarəni ildırım vurub.
Bununla bağlı “İnterfaks” məlumat yayıb.
Məlumatlara görə, “Bombardier” və “Airbus A320” təyyarələrinin komandirləri bir saat fərqlə havaya qalxdıqları zaman baş verən hadisə ilə bağlı aeroportu məlumatlandırıblar. Onlardan biri uçuşu yarımçıq dayandırıb və aeroporta geri dönüb.
“Bombardier” təyyarəsi Moskva-Münhen reysini yerinə yetirirmiş. Hadisədən sonra təyyarənin komandiri geri dönmək üçün icazə istəyib”, – məlumatda deyilir.
“Airbus A320” təyyarəsinə ciddi ziyan dəyməyib. (oxu.az)

Share: