İdxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin siyahısı təsdiqlənib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
1 yanvar 2023-cü ildən qüvvədə olan Qərar tətbiq edildiyi tarixədək ölkəyə gətirilən və Gömrük Məcəlləsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi proseduru altında yerləşdirilən əsas vəsaitlərə münasibətdə də tətbiq olunur.