Rumıniyanın müdafiə naziri Anxel Tilvar Rusiyanın Ukraynaya hücumda istifadə etdiyi pilotsuz uçuş aparatına aid olduğundan şübhələndikləri hissələri ölkə ərazisində tapdıqlarını bildirib.
“Qafqazinfo” xəbər verir ki, Angel Tilvar bu haqda yerli televiziya kanalına açıqlamasında danışıb.
Onun sözlərinə görə, Ukrayna ilə Rumıniyanı ayıran Dulbea çayı yaxınlığında, Tulcea bölgəsində pilotsuz uçuş aparatının (PUA) hissələrini tapıblar.