Bakı Avrasiya Universitetinin 4-cü kurs tələbəsi Fuad Şəmsi oğlu Nuriyev dünyasını dəyişib.
Bizim.media xəbər verir ki, Avrasiya Universitetinin regionşünaslıq və iqtisadiyyat fakültəsinin sosial iş ixtisası üzrə təhsil alan Fuad Nuriyev onkoloji xəstəlikdən əziyyət çəkib.
Bir müddət Bakıda müalicə olunsa da, müalicə səmərə vermədiyindən ailəsi onu Moskvaya aparıb. Amma Rusiya paytaxtında da 20 yaşlı tələbəni sağaltmaq mümkün olmayıb, Fuad Nuriyev elə orada vəfat edib.
Mərhumun meyiti Rusiyadan gətirilərək doğulduğu Şəki rayonunun Kiçik Dəhnə kənd məzarlığında torpağa tapşırılıb. 20 yaşı 8 sentyabrda tamam olacaq mərhum ailənin ilk övladı idi.