BMT-dən dünya ölkələrinə çağırış

XXI əsrdə bir milyard insan hələ də elektrik enerjisindən istifadə etmir. Onlardan 500 milyonu Afrikada, 400 milyonu Asiya-Sakit okean regionundadır. Kənd yerlərində ailələrin çoxu yemək hazırlanmasında və evlərin qızdırılmasında ənənəvi enerji mənbələrindən istifadə edir. Bu, evlərdə havanın çirklənməsinə və ildə doqquz milyon insanın ölümünə səbəb olur.

Müstəqil.AZ xəbər verir ki, bu fikirləri BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, dayanıqlı energetika Dayanıqlı İnkişafın Məqsədlərinin hamısını birləşdirən mühüm amildir. Əhalinin energetika sahəsində müasir xidmətlərlə təmin edilməsi yoxsulluğun azalmasına, ərzaq sisteminin möhkəmlənməsinə, təhsilin və səhiyyənin keyfiyyətinin yüksəlişinə kömək edəcək.

BMT-nin baş katibi vurğulayıb ki, əhalinin sayının artması nəticəsində ekoloji cəhətdən təmiz enerjiyə tələbat artacaq. “Bu o deməkdir ki, dünya energetika sistemində dəyişikliklərə nail olmaq lazımdır. Elektrik enerjisinə tələbatın ödənilməsi üçün bərpa olunan enerji mənbələrini inkişaf etdirmək lazımdır. Bunlar ətraf mühiti çirkləndirməyəcək və atmosferə istixana qazları tullantısını artırmayacaq”, – deyə Antonio Quterreş vurğulayıb.

Müstəqil.AZ 

Share: