ABŞ administrasiyası ehtiyat tədbiri olaraq qüvvələrinin bir hissəsini Nigerdə yenidən yerləşdirmək qərarına gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ-nin bəzi hərbi personalı isə Nigerdən çıxarılacaq.
Bildirilib ki, Nigerin təcili ehtiyacı olmayan az sayda qoşun və texnika da ölkəni tərk edəcək.