Rusiyada şaurmadan 20-dən çox adam zəhərlənib, bir nəfər həyatını itirib

Rusiyanın Kursk vilayətinin Lqov şəhərində 22 nəfər şaurmadan zəhərlənib, bir nəfər isə həyatını itirib.

Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məlumat yayıb.

“Rospotrebnadzor” müştərilərin zəhərlənməsi halları ilə əlaqədar iaşə obyektinin fəaliyyətini dayandırıb.

Qeyd olunur ki, artıq xammal və məhsullardan nümunələr götürülüb və laboratoriyaya göndərilib.

Mənbə: TASS

Share: