“Peşə təhsilindən dünya sularına…”

“Peşə təhsilindən dünya sularına…”

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Peşə təhsilindən okean sularına qədər” layihəsini davam etdirir.

Bu haqda redaksiyamıza İctimai Birliyin Analitik-İnformasiya Bölümündən məlumat  verilib.  Məlumatda deyilir ki, icra olunacaq layihə mərhələlərlə həyata keçirilir və aparılan işlər yüksək nəticə verir.

Layihə çərçivəsində “Kaspian Education Center” MMC-nin dənizçi kadrların hazırlığı ilə məşğul olan tədris mərkəzində  dənizçilik peşəsinin mənimsənilməsi üçün təhsilə cəlb olunan gənclərlə təcrübəli və peşəkar dənizçilərin görüşləri keçiriliib.

Layihənin tərkib hissəsi olaraq “Maarif” nəşriyyatında “Peşə təhsilindən dünya sularına” adlı kitab dərc edilib.

Kitabda dənizçilərin seçdiyi peşəyə və onun tələblərini öyrənmək və icra etmək üçün Beynəlxalq Dəniz Təşkilatının (BDT – İMO) dənizçiliyin təhlükəsizliyi və dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınmasına görə, Gəmilərdə Əmniyyətli idarəetmə üzrə beynəlxalq məcəllənin (ƏİBM) dənizdə təhlükəsizliyin təmin olunması, bədbəxt halların və ya insan tələfatının, ətraf mühitə, xüsusilə də, dəniz mühitinə və əmlaka ziyan vurulmasının qarşısının alınması üçün BDT-nin ali orqanı – Təşkilatın iştirakçı ölkələrinin Assambleyasının 17-ci sessiyasında BDT-nin sonrakı rolunu və siyasətini müəyyən edən mühüm qərarları yer alıb.

Kitabın tərtibçisi və çapa hazırlayanı “AXDG” QSC XDND-nin gəmi kapitanı Faiq Balabəyli,  redaktoru Şahlar Məmmədov, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir, üz qabığındakı fotoların müəllifi Turab Məmmədovdur.

Dənizçilərimizin seçdiyi peşəni mükəmməl mənimsəməsi üçün nəzərdə tutlan kitabın məsləhətçləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi departamentinin rəis müavini, uzaq səfərlər kapitanı Şahlar Məmmədov və Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarə olunması Mərkəzinin direktoru, uzaq səfərlər kapitanı Məzahir Niftiyevdir.

Layihənin rəhbəri “DSD” İB-nin sədri, şair, gəmi kapitanı  Faiq Balabəylidir.

Tural Balabəyli

“DSD”İB -nin layihə üzrə Analitik-İnformasiya Bölümünün rəhbəri

Share: