Hesablama Palatası Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yoxlama aparır.
Kulis.az xəbər verir ki, Kinostudiyanın direktoru Nazim Hüseynov APA-nın sorğusuna cavab olaraq hazırda yoxlama prosesi davam etdirildiyini bildirib.
“Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir”, – direktor qeyd edib.