Genetikamızın ölüm səbəbləri – XƏBƏRDARLIQ

Genetikamızın ölüm səbəbləri – XƏBƏRDARLIQ

Araşdırma materiallarına görə müharibədən sonra SSRİ-nin müvəffəqiyyətsizliyə uğramış “Kəşfiyyat əmliyyatları” haqqında İ.Stalinin iştirakı ilə Kremldə xüsusi və qapalı iki günlük müşavirə keçirildi.

Müşavirədə məlum olmuşdu ki, müharibə dövründə, xüsusən Leninqradın blokadaya alınması ilə bağlı məlum olub ki, məxfi sənəd Hitler ordusuna, onun hərbi kəşfiyyatına satılmış, nəticədə ölkədə fəaliyyətdə olan “Erməni milli birlikləri”nin satqıncasına verdiyi kəşfiyyat məlumatlarına görə 673 kəşfiyyat sənədləri qovluqdan çıxarılıb. (SSRİ MH, BKİ-nin 6-cı idarəsinin və 2-ci idarəsinin məlumatları). Əlavə tədqiqata görə 126 nəfər milliyyətcə azərbaycanlı olan və qələbənin təminatçıları kimi qeyd olunan yüksək rütbə sahibləri vəzifədən götürülmüş və yaxud güllələnmişdi. (Bax: 1947-ci il, I-II ayları).

Oxucumuz ən ciddi məlumatlardan biri də bu idi ki, ölkənin MN-nin xəttilə ermənilər vəzifəcə irəli çəkilmiş “General Xanzadyanın Təhlükəsizlik proqramı” istiqamətində iş görülmüşdü.

Məlumata görə uzun müddət Azərbaycanın İranla sərhəd məsələlərində aktiv rol oynayan bu proqrama əsasən ölkənin sərhəd bölgələrində ermənilərin yerləşdirilməsi, uzun müddət onların yaşayışlarını təmin etmək, yerli etniklərlə onların ailə təmasları qurmaq və s. əsas məsələlərdən biri olmuşdur. Bu gün müharibədən sonra sərhəd bölgələrində yaşayan və hazırda həmin ərazilərdə möhkəmlənən erməni alələri 8-ci nəsil (?) adlanır.

Xatırladaq ki, Azərbaycan tərəfinin bu istiqamətdə heç bir genetik-demoqrafik proqramı yoxdur.

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: