Dağıstanda Çirkeysk Su Elektrik Stansiyasının (SES) yaxınlığında beton plitənin uçması nəticəsində bir nəfər ölüb və bir nəfər yaralanıb.
Beton plitə yaxınlıqdakı avtomobillərin üzərinə yıxılaraq, yanında dayanan insanları əzib.
Verilən məlumatlara görə, 23 yaşlı Bətül X. ölüb, 24 yaşlı Kirill M. isə yaralanıb. Plitə qəflətən “Lada Granta” markalı avtomobilin üzərinə düşərək onun yanında dayanan və turistlər üçün videoçarxlar çəkməklə məşğul olan gəncləri əzib. Hazırda ölən qızın cəsədi dağıntılar altındadır, zərərçəkmiş isə Buynaksk xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, Çirkeysk SES-i Dubki kəndi yaxınlığında (Buinaksk rayonu) Sulak çayının üzərində yerləşir. O, Şimali Qafqazın ən güclü su elektrik stansiyasıdır.
Mənbə: Life.ru