Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Semyon Şterev Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatından gözləntilərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, mütəxəssis jurnalistlərə açıqlamasında üç güləşçidən xüsusən uğur gözlədiyini bildirib:
“Ölkə xaricində bir neçə təlim-məşq toplanışı keçmişik, yarışlarda iştirak etmişik. Yaxşı hazırlığımız baş tutub. Bu dəfə təkcə Mariya Stadnikdən (50 kq) yox, həmçinin Jalə Əliyeva (57 kq) və Elis Manolovadan (62 kq) da uğur gözləyirik. Dünya çempionatı elə yarışdır ki, kim daha çox arzulasa, o da nəticə qazanacaq. Lisenziya qazana bilməsək də, digər yarışlarda bunu etmək şansımız olacaq”.
Qeyd edək ki, sentyabrın 16-24-ü aralığında keçiriləcək dünya çempionatında Azərbaycanın altı qadın güləşçisi mübarizə aparacaq.
Faiq Tahirov