“Gözəl oyun alınmasa da, istəyimizə nail olduq”.
“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına 2:1 hesabı ilə qalib gəldikləri beynəlxalq yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib:
“Rəqibin yaxşı oyunçuları var. Belçika ilə görüşdə çoxlu enerji sərf etmişdik. Meydança da yaxşı vəziyyətdə deyil”.
İtaliyalı baş məşqçi Emin Mahmudovun bu gün meydanda hər şeyi etdiyini söyləyib:
“O, öz işinə ciddi yanaşır. Nəzərə alaq ki, meydanda gənc kollektiv var idi. Bizim üçün yaxşı sınaq oldu”.