Suraxanı Rayon İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşəbbüsü ilə RİH-in inzibati binasında növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, 300-ə yaxın rayon ictimaiyyətinin cəlb olunduğu qanvermə aksiyasında 100-dək vətəndaşdan qan götürülüb.
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir.
Səhhəti imkan verən hər bir vətəndaşımızı birlik və həmrəylik nümayiş etdirərək, bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa və qanverməyə dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.