Faktiki hava şəraiti açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.
Düşən yağıntının miqdarı Culfada 14 mm, Şahdağ, İsmayıllıda 12 mm, Yardımlıda 11 mm, Cəfərxanda 10 mm, Lerikdə 9 mm, Astara, Lənkəranda 8 mm, Sabirabad, Naxçıvanda 7 mm, Ordubad, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Biləsuvar, Şərur, Şahbuz, Oğuz, Şamaxı, Qobustan, Tərtər, Ağdam, Altıağac, Balakən, Bərdə, Yevlax, Neftçala, Göygöl, Şəki, Daşkəsən, Xaltan, Qrız, Şabran, Mingəçevir, Göyçay, Şirvan, Göytəpə, Kəlvəzdə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.
Duman Sumqayıt, Neft Daşları, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Qəbələ, Şəki, Qax, Şamaxı, Qrız, Şahdağ, Balakən, Göyçay, Lerikdə müşahidə olunub.
Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.