Moldovanın ilk Prezidenti Mirça Snequr 82 yaşında vəfat edib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş nazirinin sabiq müavini Konstantin Tampiza açıqlayıb.
Snequr Kişineu Mərkəzi qəbiristanlığında həyat yoldaşının yanında dəfn ediləcək.
Qeyd edək ki, M.Snequr 1990-1997-ci illərdə Moldova Prezidenti olub.