Robert Sekuta: ABŞ Əliyev-Sarkisyan görüşünü dəstəkləyir

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olaraq qalır”.

Bunu jurnalistlərə açıqlamasında Göyçayda səfərdə olan ABŞ-in Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O qeyd edib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: “Prezidentlərin sonuncu görüşü ilə bağlı həmsədrlərin xarici işlər nazirləri ilə birgə bəyanatı olub. Biz bu prosesi dəstəkləyirik. Hər iki ölkənin rəsmiləri arasında görüşün baş tutmasına öz köməyimizi, dəstəyimizi göstəririk, bu iş davam edir. Eyni zamanda, bu münaqişənin dinc yolla həlli üçün öz dəstəyimizi davam etdiririk. Hesab edirik ki, münaqişənin dinc yolla həlli vacibdir. Bizim mövqeyimiz dəyişməzdir “.

Müstəqil.AZ 

Share: