Xəyal və həqiqətlər anı… -Xəbərdarlıq

Xəyal və həqiqətlər anı… -Xəbərdarlıq

I yazı

Səni dəfn edəndə generallardan biri məzarına boylandı. İstər-istəməz pıçıldadım: Narahat olma, o, artıq ölüb, öldürdünüz… O isə gülümsünə-gülümsünə məzarın yanından sürüşüb getdi… Amma bu sürüşmə ilan sürüşməsinə oxşamadı. Görünür yenə sürüşüb, qayıdıb gələcəkdi.

Bu gün ölümündən otuz il ötür. Amma evinin qabağında – lap qapının ağzında ürəyinə qollarına, ağzına (danışmamaq üçün) sıxılan kəşfiyyatda adına “kontrolnıy” deyilən güllənin tüstüsü… hələ getməyib. Fikrimi burda saxladım. Amma bilmədim, sizi nə üçün vurdular? Kim idi tətiyi çəkən? Kim idi Sizin üçün güllə seçən? Kim idi “Cənub” mehmanxanasına yığışıb Sizi müzakirə edənlər? “Əmməyə” kim idi zəng açan? (Özü də mehmanxana nömrəsilə) “Hər şey bitdi…” – deyən kim idi?

Prezident Amerikada səfərdə idi. Fikir var idi ki, həmin gecə çevriliş olsun. Hörümçək öz torunu qurmuşdu artıq. “Təyinat” adlı çevriliş yarımçıq qaldı. Yenə fikirlərimi saxladım… Nə isə…

– Sən necəsən oğlum? – Mən hər şeyi görürəm. Dörd bir yanım işıqlı, sağlam ruhlardı… O, sonra mənə iki, cildli tünd göy rəngli dəftər verdi. Bu dəftərləri – əlavə elədi, Prezidentə çatdır. Mütləq çatdır. Elə et ki, bu dəftərlər Namiq Abbasovun əlinə keçməsin, amandır. Bu dəftərlərin qiyməti yoxdur, oğlum. Onları hökmən prezidentə çatdır.

– Mən onunla görüşə bilmirəm, polkovnik. Mənimçün çətindir. Bənd-bərəni işıqlı adamlar üçün bağlayıblar.

– Görüş, mütləq görüş. Mən o dəftərləri seyfimə qoydum. Sən o dəftərləri əzbər bilirsən.

Yalan söz-söhbətə, istintaq materiallarına uyma… Sən yadında saxla ki, Heydər Əliyevin kadrısan… İlham Əliyevinsə kadrı ola bilmədin. Təəssüf edirəm… Amma get, irəli get. Ölkənin təhlükəsizliyi, əmin-amanlığı naminə qapısını döy çağır… var-gücünlə çağır. Günün birində səsinə səs verəcək. Amma özünü “Əmmələr”dən qoru.

O dəftərlərdə daha nələr var, Şəmsi müəllim? – soruşdum.

O dəftərlərdə baş verəcək dövlət çevrilişinin əvvəli və sonu var. Bölünmüş vəzifələr var… Prezident, ailəsi, vitse-prezident təhlükədədir. Bu təhlükə erməni təhlükəsindən dəhşətlidir. Prezidentin ailəsini, övladlarını, sədaqətli dostlarını (onlardadır) nəyin bahasına olursa-olsun qorumaq lazımdır. Məni özgələr vurmadı. Məni çörək verdiyim adamlar vurdular. Sənə verdiyim dəftərlərdə bütün bunlar var. İmkan vermə məndən sonra seyfim açar salınsın. O dəftərlər bir başa Əliyevlər ailəsinə qarşı yönəlmiş dəftərlərdi.

– Mən kiməm ki, polkovnik… tənha qalmışam – dedim.

– Sən böyük qüvvəsən, oğlum, yadında saxla. Bu gün sən böyük qüvvəsən, oğlum. Yadında saxla ki, Heydər Əliyev sənə “İnformasiya Kralı” deyirdi. Sən yadında saxla ki, Əfqanıstanda Bin Ladenin həbsxanasında yatmısan… Sən bu ağır gündə ölkə başçısına gərəksən. Nə qədər də çətin də olsa, döz. Allah səndən bir tikə çörəyini əsirgəməyib. Heç bir xarici kəşfiyyat orqanına yarınma, sığınma. Vətəni qoru, insanları qoru, Prezidenti qoru, oğlum.

– Hamı prezident olmaq istəyir, polkovnik – dedim.

– Bilirəm. Burda mənə hər şey agahdır… Mənə bunu da dedilər ki, bu günlərdə yanına Londondan iki nəfər gəlib. Məhz sənin üçün gəlmişdilər… Gəmidə məxfi qaydada bir söhbət də olub. Onlar səndən nə istəyirdilər? Onlar səndən istədiklərini ala bilmədilər. Bu məni sevindirir, oğlum. Möhkəm ol. Xeyli pul təklif etdilər, götürmədin. Çox yaxşı ki, əqidəcə sağlam olan generallardan birilə məsləhətləşdin, yaxşı elədin… Gələn qonaqların İngilislərin “Mİ-6”-dan idilər…

Mən yenə burda fikirlərimi saxladım. Yenə soruşdum:

– Axı Sizi hansı dəftərə görə öldürdülər? Əlinizi qoymadılar ki, Prezidentin əlinə çatsın…

– Amma yenə qorxuram – dedim. Azərbaycanın başı üstündə kölgə görürəm, polkovnik…

– Qorxma. Prezidentin yumruğu hələ açılmayıb, qorxma. Həm ermənilər, həm daxili düşmənlər addım-addım da olsa, geri çəkilirlər. Onlar daxilən məğlub olmağa hazırlaşırlar.

Bu gün sən diqqətlə bax. Şəhid qəbirləri də titrəyirlər… Hamı qəzəblidir. Tökülən qanlara görə, satqınlığa görə, yaltaqlığa, ikiüzlü siyasətə görə…

Get oğlum, get… əlinə keçən məlumatları, fikirləri çatdırmaq üçün qalx yuxarı… Haray sal… De, danış. Qorxma. O səni eşidəcək, mütləq eşidəcək. Təkbətək görüş. Qoy səninlə görüşəndə yanında oğlundan, vitse-prezidentdən savay heç kəs olmasın… Get… mütləq get.

…Sonra gördüm ki, külək qopdu. Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Şəmsi Rəhimovun məzarından cəmisi beş-altı addım aralı Akademik Ziya Bünyadovun məzarı idi… Bir ilanda ordan çıxıb, Akademikin – general Ziya Bünyadovun ayaqlarına dolaşıb, qalıb… O biri tərəfdən də DTK-dən bir general mənə zəng edib, hirsli-hirsli dedi: – Müəllim, “ASALA”. Qarabağda vuruşub?

Dedim:

– İndi də vuruşur… cənab general.

Bu elə bir vaxt idi ki, cənab Prezident tələb edirdi: – Siz – deyirdi, ermənilərin hiyləgərliyi psixologiyaları ilə bağlı kitab yazın…

Dünyaya onları tanıdın…

…Sonra cəmi iki gün sonra mənim “Asala” pasport vsex armyan” kitabın (rus dilində) nəşr olundu. Lakin kitabın təqdimatı günü kitab Prezident Aparatının işarəsilə (?) yandırıldı. Təqdimat olmadı…

Polkovnik yəqin ki, bütün bunları bilirsən?

– Bilirəm oğlum, bilirəm. Mən hər şey görürəm.

Taixə bax. Onun saralmış səhifələrinə nəzər sal. 1948-ci ildə, yəni müharibədən sonra ölkədə etnik təmizləmə planlı şəkildə həyata keçirdi. Kreml həmin vaxt Azərbaycanın sərhəd rayonlarına milliyyətcə erməni olan kəşfiyyat işçilərini yaxşı bilən adamları işləmək üçün ayırırdı.

Məsələn həmin vaxt Azərbaycanın əlli bir rayonundan otuz birinə erməni kəşfiyyatçılarını rəhbər işə təyin etdi. Söhbət əsasən “NKVD”-də  – yəni “KQB”dən gedir. Dediklərimə nəzər sal! 1. Astaraya Arakelov;  2. Astraxanbazara Comardyan; 3. Zənilana Zərgəryan; 4. Masallıya Avanesyan; 5. Naxçıvana Akopyan, Lənkərana Movsesyan, Davidyan, Bakıda Mailyan, Markaryan.. NKVD-də işləmək üçün təyinat aldı. Hamısı da erməni qadınları ilə ilə qurmuşdu. Ermənilər tərəfindən o vaxtdan işğal olunmuşdu…

Bu gün Azərbaycan həmin erməni quldurlarının nəsillərinə qarşı vuruşur. Onların bir qismini Heydər Əliyev ölümə məhkum etdi… Amma tamam təmizlənmədi. Hər şey yarımçıq qaldı. Sən prezidentlə görüş və bunları xatırla.

Yadıma kəndimizdə olan qəbirqazan Sucu düşdü. O, Bakıya gəlmişdi. Hansı generalınsa qəbrini qazmağa gəlmişdi… Amma onu içəri buraxmadılar. Eləcə, Fəxri Xiyabanın dəmir qapılarına söykənib ağladı. Mənə elə gəldi ki, qəbirqazan Sucu həmin an bütün qəbiristanlıq üçün ağlayırdı. Mən inanmıram Prezident  onun səsini, harayını eşitməmiş olsun…

– Arxayın ol ki, prezident mütləq bu səsləri harayları eşidəcək.

Onun məzarına toxundum. Sanki od püskürürdü. Polkovnik – dedim qoynuna sıxdığın nədir?

Dedi:

– Bu dəftərlərdə xəyanət mövqeyində dayanmış yaramaz adamların ölkə başçısına düşmən olan adamların adları var, tutduqları vəzifələr var, çərlədib öldürdükləri adamlar var…

Külək başladı. Fəxri Xiyabanın küləkləri acı olur. Davam gətirmək isə çətindir…

Xəyallarım qalmadı, əridi, uçub getdi…

Qətldən otuz il ötüb keçirdi. Nə qalmışdı ki… Əmmənin generalları bu millətin axırına çıxmışdı. Amma Vitse Prezident bu millətin viran qalmasının qabağını aldı. Birdən polkovniki “Sən güclüsən” – qışqırığına ayıldım…

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: