“Araz” supermarketlər şəbəkəsi sürətlə rəqəmsallaşır

“Araz” supermarketlər şəbəkəsi sürətlə rəqəmsallaşır

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi məlumatların vahid sistemdə mərkəzləşməsi və bununla da proseslərin effektiv idarə edilməsi məqsədilə sürətlə rəqəmsallaşır. Bu istiqamətdə “Araz” qlobal bazarda qabaqcıl və unikal biznes proseslərinin həllərini əhatə edən SAP S/4HANA sisteminə uğurla keçid edib.

“ERP proqram təminatının siyahısında təxminən 115 adda proqram təminatı olsa da, SAP S/4HANA ən nüfuzlu və geniş istifadə olunan sistemlərdən biridir.  SAP S/4HANA  müəssisə resurslarının planlaşdırılması üzrə dünyada lider sistem olaraq ən uğurlu pərakəndəçilərin seçimidir. Bu rəqəmsal sistem şirkətin logistika, daşınmaz əmlakın idarə edilməsi, satış və satınalma daxil olmaqla, bütün struktur bölmələrini əhatə edir. Proqramın tətbiqi şirkətin bütün əməliyyat sistemlərinin etibarlı şəkildə fəaliyyətinə, eləcə də proseslərin tez və səmərəli genişləndirilməsinə imkan verir.

“Araz” supermarketlər şəbəkəsi tərəfindən uğurla tətbiq olunan SAP S/4HANA 30 modul, 9000-dən artıq istifadəçi və yüzlərlə mağazanı əhatə edir. Sistemə keçid şirkətin rəqabətə davamlılığını artırmağa, xərcləri azaltmağa, məlumatların keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasına, eləcə də biznes proseslərinin yüksək effektivliyinə xidmət edir.


Share: