Yeni bir həyata başlamaq istədi…İki uşağını boğub öldürdü…

Rusiyada yaşayan gənc qadın yeni bir həyata başlamaq üçün yaz tətili planlaşdırdıqdan sonra iki uşağını boğaraq öldürüb.
Rusiyanı ayağa qaldıran hadisə Nijniy Novqorod şəhərində meydana gəlib. May ayı üçün tətil planı satın alan cani ana 4 yaşlı qızı Cəmiləni və 2 yaşlı oğlu Süleymanı öz əlləri ilə boğaraq öldürdükdən sonra meyitləri oda verib. Qısa müddətdə yaxalanan gənc qadın hadisəni soyuqqanlıqla izah edərək onlara yaxşı gələcək verə bilməyəcəyini düşündüyü üçün uşaqlarını öldürdüyünü etiraf edib.
 5 il əvvəl evlənən və daha sonra boşanan Yelena Kərimova uşaqlarını tək başına böyüdüb. Həyat yoldaşının boşandıqdan sonra maddi yardım göstərməyib, haqsız davrandığı qadın qohumlarının köməyi ilə yaşayıb.
 
Gənc qadın bir həftə əvvələ qədər sosial şəbəkələrdə daima uşaqlarını çox sevdiyini yazıb. İsti bir ölkədə 50 min rubl qarşılığında istirahət turu satın alan qadın uşaqları kimə emanət edəcəyi problemi ilə üzləşib.
Yeni bir həyata başlamaq qərarı alan gənc qadın iki uşağını kirayə götürdüyü bir avtomobil ilə şəhər xaricinə çıxarıb. Avtomobilin arxa kreslosunda oturan iki uşağını boğaraq öldürən qadın ilk əvvəl meyitləri meşədə tonqal yandıraraq məhv etmək istəyib, ancaq hədsiz tüstü çıxdığı üçün odu söndürən qadın yarı yanmış cəsədləri maşına qoyaraq yeni planlar hazırlamağa başlayıb.
Tərk edilmiş samanlıq tapan Yelena dəhşətli planını burada davam etdirib. Uşaqlarının yarı yanmış cəsədlərini samanlığa aparan qadın meyitlərin üstünə benzin tökərək ikinci dəfə yandırıb.
28 aprel axşamı qadından uşaqlarının harada olduğunu soruşanda törətdiyi cinayəti gizlətməyərək danışıb və gətirildiyi məntəqədə soyuqqanlıqla övladlarını necə öldürdüyünü etiraf edib.
Qeyd edək ki, qadının psixoloji vəziyyətinin yerində olub-olmadığı araşdırılmayıb.
Kamran

Share: