Tərtər rayonu, Soyulan kəndində məktəb tikintisi üçün hazırlanan ərazini çirkləndirən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, həmin ṣəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
15:20
Tərtər rayonu, Soyulan kəndində antisanitar vəziyyət hökm sürür.
Oxu.Az xəbər verir ki, kənddə məktəb tikintisi üçün hazırlanan əraziyə məişət tullantıları atılıb.
Belə ki, 1990-cı illərdə ərazidə məktəb üçün bünövrə qazılıb. Ancaq sonradan işlər yarımçıq qalıb və boş əraziyə zibillər atılıb. Ərazi insan sağlamlığı üçün təhlükə saçır.
Həmin fotoları təqdim edirik:
Nəzrin Vahid