“Fitch Ratings”dən Azərbaycanda gözlənilən inflyasiya barədə proqnoz

“Fitch Ratings”dən Azərbaycanda gözlənilən inflyasiya barədə proqnoz

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il və 2024-cü ildə inflyasiyanın azalacağını proqnozlaşdırıb.

“APA-Economics” bu barədə beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Agentlik qeyd edib ki, illik inflyasiyanın aşağı düşməsi manatın Azərbaycanın Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarına nisbətən nominal effektiv bahalaşması və dünya ərzaq qiymətlərinin ucuzlaşması ilə bağlıdır. Buna baxmayaraq, ərzaq və qeyri-ticari məhsullar (əsasən xidmətlər) üzrə təzyiqlər güclü olaraq qalır.

“Biz illik inflyasiyanın 2023-cü ilin sonuna qədər AMB-nin hədəf diapazonun tavanına (4±2%) yaxınlaşacağını proqnozlaşdırırıq, beləliklə, orta inflyasiya 2023-cü ildə 10,1%-ə, 2024-cü ildə isə 6%-ə enəcək”- Agentliyin açıqlamasında bildirilib.

Share: