Bu marşrutlar əvvəlki hərəkət sxeminə qaytarılır

Mayın 1-dən hərəkət sxemi müvəqəqti olaraq dəyişdirilən 17 marşrut xətti əvvəlki rejimdə fəaliyyət göstərəcək.

Müstəqil.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar mayın 1-dən əvvəlki rejimdə fəaliyyət göstərəcəklər.

Fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar mayın 1-dən sərnişinlərə xidmət göstərəcək.

Share: