Ermənilər Talış kəndində ilk toy etdi?.. -Aprel döyüşlərindən sonra…-Foto

Amma guya 250 nəfərin iştirak etdiyi deyilən toyun şadlıq evindəki keçirilmiş əsas hissəsindən, bir dənə də olsun, foto təqdim edilməyib…
Rusiya  saytlarından biri  ermənilərin Tərtər rayonunun işğal altındakı Talış kəndində 2016-cı aprel savaşından sonra ilk dəfə toy etdikləri haqda informasiya yayıb.
Müstəqil.Az Moderator.az -a istinadən yazır ki, xəbərdə aprel döyüşlərindən bu günədək  digər bölgələrdə yaşayan  23 yaşlı Tiqran Petrosyan və 20 yaşlı Lilit Biruzyanın toyunun Talış kəndindəki bərpa olunmuş şadlıq evində keçirildiyi bildirilir. Guya 250 nəfərin iştirak etdiyi toyun bütün xərcləri Xankəndindəki separatçı-terrorçu rejim tərəfindən ödənilib. Xəbərdə o da vurğulanır ki, yeni cütlük öz “doğma kəndləri” olan Talışa qayıtmağa qərar verib…
Amma nədənsə 250(?) nəfərlik toyun şadlıq evinin içərisində keçirilmiş əsas hissəsindən, bir dənə də olsun, foto təqdim edilməyib. Görünür, kənddə şadlıq sarayı ümumiyyətlə, yoxdur, yaxud içərisi çox bərbad vəziyyətdədir…
P.S. Azərbaycan dövlətinin qanunlarını qəbul edib birbaşa rəsmi Bakının tabeliyində yaşamayınca işğal altındakı torpaqlarımızdakı sadə ermənilər iqtisadi-sosial çətinliklərdən qurtula bilməyəcəklər…

Share: