Niperaktiv qız haqqında olan “Maşa və Ayı” adlı məşhur rus animasiyasına YouTube-da üç milyarddan çox baxış olub.
Müstəqil.az xəbər verir ki, “Маша плюс каша” seriyası indiyə kimi YouTube-da ən çox baxılan 10 cizgi filmindən biridir. Bu video, həmçinin 2009 ən çox baxılan videoların siyahısında altıncı yeri tutub.
Rusiyanın “Animakkord” studiyasının istehsal etdiyi “Maşa və Ayı” animasiyası 2009-cu ildən yayımlanıb və bir dünya fenomeni olub:belə ki, bu cizgi filmi bütün qitələrdə satılır və tamaşaçılar arasında böyük uğur qazanıb. Bütün dünya üzrə YouTube-da cizgi filminə baxış 35 milyardı keçib.