Balaxanıda qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Balaxanıda qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Report” xəbər verir ki, Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində iki avtomobil toqquşub.

Qəzada 1977-ci il təvəllüdlü Kəmalə Yaqub qızı Bəhramova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Share: