Hindistan yüksəkrütbəli kanadalı diplomatı ölkədən çıxarır

Hindistan yüksəkrütbəli kanadalı diplomatı ölkədən çıxarır

Kanadanın Hindistandakı ali komissarı bu gün Xarici İşlər Nazirliyinə çağırılıb və Hindistan hökumətinin ölkədə yaşayan yüksəksəviyyəli kanadalı diplomatı ölkədən çıxarmaq qərarı barədə məlumatı verib.

Məlumata görə, bu diplomatdan yaxın 5 gün ərzində Hindistanı tərk etməsi tələb olunub.

Bundan əvvəl nazirlik bəyanat yayaraq, Kanadanın Baş naziri Castin Trüdonun Hindistan hökumətinin 2023-cü ilin iyununda Kanada siqh lideri Hardip Sinq Nicarın qətli ilə əlaqəli ola biləcəyinə dair sözlərini rədd edib.

Mənbə: TASS

Share: