Zambiyada dünyanın ən qədim taxta konstruksiyası aşkar edilib

Zambiyada dünyanın ən qədim taxta konstruksiyası aşkar edilib

Böyük Britaniyadan olan arxeoloqlar Tanqanika gölünün şərq sahilində yaşı azı 476 min il olan ən qədim taxta tikili aşkar ediblər.

Liverpul Universitetinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, bu, onu deməyə əsas verir ki, əcdadlarımız hələ Homo sapiensin yaranmasından əvvəl tikinti üçün ağacdan istifadə etməyə başlayıblar.

“Bu kəşf mənim ilk əcdadlarımız haqqında düşüncələrimi kökündən dəyişdi. İndi qədim insanların taxtadan böyük tikililər tikməyi bacardığını nəzərə alsaq, “Daş dövrü” ifadəsini unutmalıyıq”, – deyə universitetin Mətbuat Xidmətindən sitat gətirən Liverpul Universitetinin professoru Larri Barham bildirib.

Mənbə: TASS

Share: