“Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuadın tərtibçiliyi ilə “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub. “Salam Şuşam, Uluyurdum mənim…” adlı ön söz də Esmira Fuada məxsusdur.
Kitab Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq ərsəyə gətirilib.
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işıq üzü görüb. Kitabın məzmunu Ədəbi Turan Kitab Fondu İctimai Birliyinin cavabdehliyindədir.
Nəşrin elmi redaktoru Xanım İsmayılqızı, redaktoru Mina Rəşiddir. Tərcümə və transliterasiya filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və Nərmin Kərimovadır. Rəyçiləri Rəsul Qədiri və Fikrət Süleymanoğlu, dizayneri Ellada Səfərəliyevadır.
Kitabda klassik Azərbaycan şairləri ilə birgə, Cənubi Azərbaycandan olan yazarların da əsərləri yer alıb.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi