“Qarabağda Azərbaycanın suverenlik hüququnun və ərazi bütövlüyünün əleyhinə status tələb etmək çağırışları boğuldu” – Əli Hacı

“Qarabağda Azərbaycanın suverenlik hüququnun və ərazi bütövlüyünün əleyhinə status tələb etmək çağırışları boğuldu” – Əli Hacı

“Qarabağda keçirilən antiterror tədbirləri gözlənilən idi. Azərbaycan dövləti Qarabağda yaşayan erməniləri iki dəfə danışıqlara dəvət etsə də bundan imtina etdilər, ermənilərə göndərilən humanitar yardımı qəbul etmədilər, ən nəhayət terror aktı törətməyi rəva bildirlər.

Bu terror aktı nəticəsində 2 mülki vətəndaş və 4 polis əməkdaşı şəhid oldu. Yəni Qarabağdakı hərbi xunta rejimi Azərbaycan dövlətinə, Azərbaycan ordusuna heç bir şans buraxmamışdı”- bunu Dünya Azərbaycanlıları Konkresinin (DAK) məsul şəxsi, hüquqşünas Əli Hacı son baş verənlərlə bağlı dak.az-a açıqlamasında bildirib.
Ə.Hacı qeyd edib ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması məsələsində çox ciddi olduğunu dəfələrlə bəyan etmişdi: “Son vaxtlar verilən xəbərdalıq bəyanatlarına əhəmiyyət verilmədiyindən Azərbaycan Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin tərkisilah edilməsi istiqamətində lokal xarakterli antiterror tədbirlərinə başladı və uğurla sona yetirdi. Bununla da Qarabağda Azərbaycanın suverenlik hüququnun və ərazi bütövlüyünün əleyhinə status tələb etmək çağırışları boğuldu. Yəni “Dağlıq Qarabağ” mifinə olan inam bitdi, dağıldı, yerlə bir edildi. Bu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizə yazılan növbəti şanlı qələbə idi. Ermənilər Azərbaycanın şərtlərini qəbul etməlidir, başqa yol yoxdur! Qəbul edilməsə Azərbaycanın antiterror tədbirlərinin davamı gələcək. Yəni elə xəyala qərq olmasınlar ki, Yevlaxdakı görüş vaxt qazanmaq üçün platformadır, əksinə, Yevlax separatçılar üzərindəki son aktın icrasıdır”.

Müstəqil.az

Share: