Bu ölkələr nüvə sınaq meydançalarını genişlədirir

Bu ölkələr nüvə sınaq meydançalarını genişlədirir

Rusiya, ABŞ və Çin arasında gərginliyin ən yüksək həddə çatdığı bir vaxtda bu dövlətlər nüvə sınaq meydançalarında yeni obyektlər tikir və yeni tunellər qazırlar.

“Qafqazinfo” xəbər verir ki, bu, onilliklər ərzində CNN tərəfindən əldə edilən peyk görüntülərinə görə belədir.

Üç böyük nüvə dövlətinin qaçınılmaz nüvə sınağına hazırlaşdığına dair heç bir dəlil olmasa da, görüntülər sınaq meydançalarının genişləndiyini göstərir.

Bunlardan biri Çinin uzaq qərb bölgəsi olan Sincanda, biri Rusiya tərəfindən Şimal Buzlu Okean arxipelaqında, digəri isə ABŞ-də Nevada səhrasındadır.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, dünyanın ilk nüvə dövləti olan ABŞ birincisi 1945, sonuncusu isə 1992-ci ildə olmaqla 1032 sınaq keçirib. Rusiya SSRi 1949-1990-cı illər arasında 715, Çin isə 1964-1996-cı illərdə 45 dəfə nüvə silahı sınaqdan keçirib.


Share: