Fərid Şəfiyevin müsahibəsi ilə bağlı daha bir açıqlama

Fərid Şəfiyevin müsahibəsi ilə bağlı daha bir açıqlama

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi də İdarə Heyətinin sədri Fərid Şəfiyevin müsahibəsi ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Ermənistanın bir neçə mətbuat orqanlarında Fərid Şəfiyevin müsahibələrindən birinə istinadən bəzi təhrif olunmuş məlumatlar verilib və bu məlumatlar eyni zamanda Azərbaycan mediasında da öz əksini tapıb:

“Həmin müsahibədə region, xüsusilə Ermənistanla Azərbaycan arasındakı vəziyyətə dair müzakirələr aparılıb və müzakirələr çərçivəsində müəyyən fikirlər, mülahizələr səsləndirilib. Qeyd etmək istəyirik ki, səsləndirilmiş bəzi fikirlər nəzəri xarakter daşıyır və Azərbaycan hökumətinin mövqeyini əks etdirmir. Ümumilikdə Azərbaycanın rəsmi mövqeyi ilə bağlı yalnız rəsmi məlumatlara istinad olunmalıdır. Bir daha vurğulamaq istəyirik ki, müsahibədən götürülərək yayılmış məlumatlar kontekstdən çıxarılıb və təhrif olunub”.


Share: