Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “NTV” kanalı məlumat yayıb.
Məlumata görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq və iki lider arasında görüş olacaq.
Görüşdə Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonrakı siyasi proses və Zəngəzur dəhlizinin müzakirə olunacağı bildirilir.