Qvatemalada yağan leysan yağışlar daşqınlara səbəb olub.
Xarici mediada yayılan məlumatlara görə, təbii fəlakət nəticəsində 6 nəfər ölüb, daha 13 nəfər itkin düşüb. Ölənlər arasında azyaşlı da var.
Həmçinin, çoxlu sayda evləri su basıb.
Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir.