Bin Ladenin qardaşı Laçında və Kəlbəcərdə

Bin Ladenin qardaşı Laçında və Kəlbəcərdə

Araşdırma materialları göstərir ki, Azərbaycan DİN-nin həmişə şücaətlərilə fərqlənən nəsilləri “Vadi-Əl-Kaid” terorçu dəstəni ifşa etdilər. 

Bu təşkilat 2022-ci il may ayının 4-də İbrahim Ladenə məxsus (qoyulan investisiyada ona məxsusdur). Ermənistan Dövlət Universitetindən (o ərazidə) cənub-qərb tərəfdə, əsas binadan təqribən 500 metr aralı A.Manukyan küçəsində ona ofis verildi. 1994-2000-ci illərdə Yerevan Dövlət Universitetini bitirən 9 nəfər əfqan tələbənin bütün xərclərini məhz “Vadi Əl-Kaid” şirkəti çəkib (?). Həmin tələbələr üçün (işğal olunmuş) Kəlbəcər ərazisinin şimal istiqamətində salınmış İstibulaq-Çaykənd zonasında istirahət təşkil edilib və onlara “Vadi Əl-Kaid” şirkətinin məsul iş adamı Əyyubxan Şirzad 055 nömrəli briqadanın (üstündəki təsvir: kəsişən qılınc, Yer kürəsi və Quran) nömrələri yazılmış vəsiqələri təqdim edib.

Dünyanın bir sıra ölkələrində kimyəvi, bioloji silahlar, zəhərli qazlar axtaran… BMT nümayəndələrinə xatırlatmaq yerinə düşər ki, yollarını işğal olunmuş ərazilərimizdən salsınlar. Kütləvi şəkildə güllələnmiş, zorla amputasiya otaqlarına salınmış, lakin cərrahiyyə əməliyyatlarından çıxa bilməyib, ölən, həlak olan günahsız uşaqların, qadınların, qocaların… basdırıldığı qəbiristanlıqlara nəzər salsınlar… Gəlin, görün, cənablar… Biz sizə həmin xəlvət qəbiristanlıqların ərazi dairəsini xatırladırıq:

  1. Kəlbəcər rayonu üzrə (Başlıbel yaşayış ərazisində. Cənub-şərq istiqaməti. Dəlidağın ətəyi. Uşaq qəbristanlığı. 1994-cü ilin iyun ayının 9- da ilk uşaq basdırılıb).
  2. Zəngilan rayonu üzrə (İsgəndərbəyli kəndi ərazisi. Şimal istiqaməti. 1994-cü ilin may ayının 3-də ilk ölü hamilə qadın oğlu ilə basdırılıb).
  3. Əskəran rayonu üzrə (Naxçıvanlı kəndi ərazisi. Şərq istiqaməti. 1995-ci ilin avqust ayının 16-da ilk uşaq basdırılıb).
  4. Cəbrayıl rayonu üzrə (Dağ-Tumas kəndi ərazisi. Qərb istiqaməti. 1995-ci ilin iyul ayının 26-da ilk ölü basdırılıb. Dəfn olunan 10-11 yaş arasında olub).

Delhi Court convicts 4 Al Qaida terrorists, a lost passport in Turkey led  Indian agencies to them: Details

“Artsax Komitəsi”nin yeni çevriliş planları

Terrorçu erməni birləşmələrinin, qrup və cəmiyyətlərinin Dağlıq Qarabağ istiqamətində başlanacaq hücumlarının özəkləri elə içimizdə quruldu. Yəni DQ-a erməni hücumu, tutalım, Moskvadan, Yerevandan, Xankəndindən başlanmadı. Ermənilər ilk hücumlarını elə Bakıdan başladılar.

1988-ci ildən Azərbaycan ərazisində — Dağlıq Qarabağda, Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda “Artsaxın azadlığı uğrunda Komitə” adlı təxribatçı və terrorçu dəstə fəaliyyətə başladı. Ona qədər bu dəstənin üzvləri xaricdə, xüsusən Fransa, Livan, İran və Amerikada xeyriyyəçi işlərlə məşğul olurdular. Onlar 1982-ci ildən həmin ölkələrin qanunları çərçivəsində fəaliyyətə başlamışdılar. O vaxt bu erməni təşkilatının adı belə adlanırdı: “Artsax ermənilərinin xeyriyyə fondu…”. 1985-ci ilin iyul ayının 22-dən etibarən bu təşkilat özünün Leondakı (Fransa) iqamətgahında konfransını keçirir və “ASALA” erməni terror təşkilatına yardımçı orqan kimi fəaliyyət göstərməklə “Artsaxın azadlığı uğrunda Komitə” kimi formalaşır.

Bu zaman təşkilatın qarşısında mühüm vəzifə qoyulur:

1)      Azərbaycan müxalifətində və KİV-də özəklərin təşkili (?);

2)      Azərbaycanda erməni ilə qan qohumluğu olan ictimai-siyasi xadimlərlə əlaqələrin qurulması və yaxud bərpası;

3)      Şərqi Avropada geniş fəaliyyət göstərən “Erməni azadlıq hərəkatı”nın Yuqoslaviya və Polşadakı qərargahları ilə əlaqələrin genişləndirilməsi. Türkiyəyə qarşı yeni çevriliş planları (?) qurulması.

“Artsaxın azadlığı uğrunda komitə” Dağlıq Qarabağı silahla təmin edən təşkilat olmalı idi. Əslində 1989-1990-cı illərdə bu missiyanı yerinə yetirməyə başlayan təşkilat polkovnik Vazqen Baqramoviç Sisliyanın rəhbərliyilə Yuqoslaviyadan ilk silah sursatını alır. Silahın Xankəndinə daşınma yolu isə belə idi: Belqrad (Yuqoslaviya) – Tehran (İran) – Xankəndi (Dağlıq Qarabağ) (indi bu yol həm də narkobiznes yoludur). “ASALA” 1998-ci ilin fevral ayının 4-də Livanda “Əl-Qaida” nəşriyyatında “MDB – ölkələrindəki dostlarım…” kitabının 26-cı səhifəsində yazır: “…Mən Bakıda 1988-ci ildə – düz on il qabaq oldum. Hətta Azərbaycan dilini gözəl bildiyimdən, yerli adamlardan seçilmirdim.

1990-cı ilin fevral ayının 21-də mən müxalifət partiyalarından birinin üzvü oldum… Mənim albomumda Bakı müxalifətinin liderlərilə çəkdirdi¬yim fotoşəkillər var. Onların hamısını tanıyıram. (?) … Torpaqdan çox, ailədən çox, onlar hakimiyyət uğrunda vuruşmağa hazır olan məntiqsiz və aciz uşaqlardır… Dağlıq Qarabağa gəlincə, o torpaq artıq bizimdir… Fotoşəklə baxın. Əlini boynuma salan bu şəxs Bakıda müxalifətdə dayanmış şəxslərdən biridir” (?).

Haşiyə: Nə qədər acınacaqlı olsa da, həmin şəxs – “Artsaxın azadlığı uğrunda komitə”nin liderlərindən olan polkovnik Vazqen Sisliyanla qol- boyun dayanan bu müxalif indi də prezidentlik iddiasındadır (?).

Dağlıq Qarabağın işğalı dövründə MDB ölkələrində məskunlaşmış erməni diasporuna, kilsə keşişlərinə ünvanlanmış məktublara nəzər salaq.

  1. a) “…ABŞ Konqresinə. İnsan hüquqları komitəsinin həmsədri cənab Con Edvard Porterə.

Biz, Dağlıq Qarabağ erməniləri çox şadıq ki, bizim haqq və ədalətli işimizi demokratiyanın beşiyi olan Amerika Birləşmiş Ştatlarında müdafiə edirsiz. Bəli, Siz məsələni düz qoyursuz. Dağlıq Qarabağ bizim ədalətli döyüş səhnəmizdir. Amma bu döyüş səhnəsində azərbaycanlılara türklər kömək və yardım edirlər. Silah və sursat verirlər… Bütün bunlar gözlərimiz qarşısında olur… Amma vuruşuruq. Ölənədək vuruşuruq. Xanımınız Katrin Porterə də salamlarımızı yetirin…

Hörmətlə “Erməni azadlıq hərəkatı”nın Türkiyə üzrə – “Şura üzvü” Levon Abakumoviç Abqaryan…”.

  1. b) “…İngiltərə-Ermənistan” parlament qrupunun başçısı, cənab Oder Bazilə…

Dağlıq Qarabağda bizim mübarizəmizi “ədalətli mübarizə” adlandırdığınız üçün minnətdarıq. Biz Londondakı erməni lobbisinin etdiyi yardımdan da məmnun qaldıq (?)… Biz haqq işimizi qurban verən məğlub millət olmadıq. Çünki apardığımız mübarizə gərəkli və lazımlı işdir…

Qəlbən: “Artsaxın azadlığı uğrunda komitə”nin üzvləri: pr. Qriqoryan, d-r Ter-Qriqoryante, d-r Alixanyan.”

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

 

Share: