“Qardaş türk dövlətlərinin təcrübələrindən yararlanacağıq” -Qurum rəsmisi Emin Əliyev

“Qardaş türk dövlətlərinin təcrübələrindən yararlanacağıq” -Qurum rəsmisi Emin Əliyev

 

“Bakıda keçirilən II Aqrobiznes Forumunun həm siyasi, həm iqtisadi əhəmiyyəti danılmazdır. Ölkəmizdə orqanik məhsul istehsalının yayqınlaşması üçün böyük bir potensial var.

Doğrudur, bu sahədə ciddi problemlər də mövcuddur. Amma əsas məqsəd ondan ibarətdir ki, biz ölkəmizin orqanik məhsul istehsalı potensialını xüsusilə qardaş türk dövlətlərinə təqdim edirik və onların bugünədək əldə etdikləri təcrübələrdən yararlanırıq”. Müstaqil.az xəbər verir ki, bu sözləri Ekoloji Təmiz Məhsulların İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Emin Əliyev deyib.
“Eyni zamanda, özümüzün əldə etdiyimiz bilik və bacarıqları həmin dövlətlərlə bölüşəcəyik. Əsas məqsədlərimizdən başlıcası orqanik məhsul istehsalını işğaldan azad olunmuş ərazilərimizdə təmin etməkdir. Assosiasiya olaraq orqanik Qarabağ və orqanik Zəngəzur markasını təklif etmişik. Bundan başqa ölkəmizdə orqanik məhsul istehsalı ilə bağlı olan torpaq və su ehtiyatlarından səmərəli istifadəsi, zədələnmiş torpaq sahələrimizin yenidən bərpa edilməsi önəmlidir. Bu baxımdan belə bir böyük tədbir bizim üçün xüsusi əhəmiyyət kəsb edir”,- deyə o əlavə edib.

Share: