Yeni yüzilliyin faciəsi: GENETİK ÖLÜM…

Yeni yüzilliyin faciəsi: GENETİK ÖLÜM…

“İLHAM ƏLİYEV: BİZ ÜÇ NƏSİL İTİRDİK…

«…Azərbaycan xalqının gücü bir yerə toplanmalıdır, hamı bir hədəfə vurmalıdır… gərək hər kəs Vətən, torpaq, namus yolunda öz payını versin, öz borcunu versin…»

Xalqın övladları bu torpaqda doğulub dünyuya gəliblərsə, atalarımızın, babalarımızın ruhu bizim üçün müqəddəs və əzizdirsə, öz borcumuzu verməliyik… Torpaqlarımızı erməni terrorundan azad etməliyik…

       Heydər Əliyev

Bakıda yaşayan erməni ailəsi adından 74 yaşlı Mara Əşrofova Dadamyan: “Mən Fransanın “Antenn-2” TV-dən eşitdim ki, Ermənilər müharibələrdə 6 milyon nəfər itiriblər.

Araşdırmalarımıza görə Yerusəlimdəki Yəhudi İnstitutunun və Bin-Qurion Universitetinin (İsrail) alimləri iddiaedirlər ki, insanların qrup və yaxud fərd şəklində hansı rəngə, hansı rəng çalarlarına meylli olmaları onların genofonduna işarədir. Moskvadakı 1110 nömrəli erməniməktəbinin 1-ci və 4-cü sinif şagirdlərinin çəkdikləri rəsm əsərlərində (2022-ci ilin mart, aprel aylarında) ən çox işlədilən rəng qara olub. Bu da ümumən 470 şagirdinçəkdiyi rəsm əsərlərinin 83,5 faizini təşkil edir. 1650 nömrəli başqa bir erməni məktəbində isə bu göstərici 87 faiz təşkil edir.

Yeddi yaşlı ermənilərin rəsm müsabiqəsində uşaqlar qara yaylıqlı tənha ana, batmış günəş, sönmüş şam, kilsə zəngi, sınmış budaq, dağıdılmış kənd, yandırılmış meşələrkimi anlayışlara meylli olub. Uşaqların bir qrupu isə göz yaşı, qurumış çay, qanadı qırılmış quş kimi komponentləricanlandırıblar. Seperatçıların millət vəkili Zori Balayan «Azat Artsax» qəzetinə verdiyi müsahibədə qeyd edir: «…Bütün bunlar bizi qorxutmur. Qoy hər bir erməni dərk etsin ki, uşaqlarımızın, övladlarımızın yaddaşlarına hopmuş, onların psixoloji aləmlərinə daxil olmuş… bu eybəcərliklər azərbaycanlıların və onları sevən İslam dünyasının bizlərəvurduqları yaraların nəticəsidir. Övladlarımızın psixikasını korlayan bu eybəcərliklərin günahı azərbaycanlılardadır.

Biz bu günahı heç kəsə bağışlamırıq» (2020-cu il, 5 may).

Rusiya Federasiyasındakı təhsil ocaqlarında bütün buna bənzər məsələləri müşahidə edib araşdıran ingilis psixoloqu Maykl Frayd əsərinin birində yazır: «Rusiya Federasiyasındakı erməni məktəblərində aparılan tədqiqatın nəticələri bir filosof kimi məni çox düşündürür. Görünür, keçmiş Sovet İttifaqı ərazisindəkı bir çox etnik qruplar öz övladlarını ekoloji mühitin dağıdılmasından doğan mənəvi terrordan xilas etməkdə acizdir. Rusiya Federasiyasında günəşin rəngini, Orta Asiyada Ay işığından tökülən rəngi,

Ermənistanda qara rəngi, Gürcüstanda narıncı rəngi, Azərbaycanda isə dənizin tünd mavi rəngini çox sevirlər.

Mənim ən çox qorxduğum qara rəngdir. Çünki qara rəng gen kodlarını terrora hazırlayır…» (M. Frayd. «Мысль».

М., Наука. 2010, səh. 47).

Dağlıq Qarabağ müstəqil Azərbaycanın beynəlxalq terrorizmin və seperatizmin tərkib hissəsi olan erməni terrorçuları tərəfindən işğal edilən, təhqir olunan, əzilən və dara çəkilən taleyinin bir parçası olaraq qalır. Erməni uşaqlarının çəkdikləri rəsmlərdə təsvir olunmuş qarabayraqların birində isə Səlib yürüşünü xatırladan 1096 1270 illər qeyd olunmuşdu. Bu lövhə çoxlarının diqqətindən qaçsa da, rus rəssamı A.Gerasimovun nəzərindənqaçmadı. O, bunu «millət üçün tərbiyəsizlik» adlandırdı.Çünki bu illər tarixin bədnam səlib yürüşlərinə işarə idi.

1988-93-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində I milyondan çox azərbaycanlı (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Azərbaycanın 20%-dən çox ərazisi işğal olundu. Ermənistanda yaşayan 250 min nəfər həmyerlimiz öz doğma yurdlarındanzorla qovuldu. Nəticədə 20 min nəfər azərbaycanlı həlak oldu, 100 min nəfərdən çoxu yaralandı, 50 min nəfərə qədər insan müxtəlif dərəcəli bədən xəsarətləri alaraq şikəst qaldı. Təqribən 120 min müsəlmanların namaz dəstı (yəni təsbeh, möhür, «Çərəkə» və «Ayətul-Kürsü», «Dua» kitabları, canamazlar) məhv edildi.

Müharibə dövründə 4853 nəfər itkin düşüb. Bunun da min beş yüz nəfəri din xadimi, yəni müxtəlif vaxtlarda Məşhədi, Kərbəlanı, Məkkəni ziyarət edən adamlar olub.

Bu günədək onlardan heç bir xəbər yoxdur. Onlardan cəmisi 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədirlər.

Hərbi təcavüz Dağlıq Qarabağın 17 min km2 ən məhsuldar torpaqlarının işğalına, eləcə də 900 yaşayış rnəntəqəsinin, 7 min sənaye və kənd təsərrüfatı obyektinin, 700təhsil, 665 səhiyyə ocağının, 800 km avtomobil yolunun, 160 körpünün, 23 min km su və 15 min km elektrik xəttinin dağıdılmasına gətirib çıxarıb. Təcavüzkarlar ərazilərimizdə olan 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyəti olan 9 sarayı qarət edərək yandırmış, nadir tarixi əhəmiyyətli 40 min eksponatı talan etmiş, 44 məbəd və 9 məscidi, 927 kitabxananı, 4,6 mln. kitab və qiymətli əlyazmaları, 53mindən artıq VIII, IX, X, XI əsrləri əhatə edən İslam atributlarını məhv etmişlər.

İqtisadçıların təhlillərinə görə, mənəvi-psixoloji zərbələrdən əlavə Azərbaycan iqtisadyyatına 60 mlrd. ABŞ dollarından çox ziyan dəyib. İşğal olunmuş rayonlarda 152 ədəd qiymətli ağac növü, 13197,5 ha qiymətli meşə sahələri, 5 ədəd geoloji obyekt tar-mar edilib.

İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, о cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalıüçün xammal, 21 pemza və vulkan kürü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq,yəşəm, oniks, jad, nefritoid və s.) 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi.

Göllərin içərisində ən çox antropogen təsirə məruz qalan Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasında yerləşən İşıqlı Qaragöldür. Uzunluğu 1950metr, maksimal eni 1250 metr, maksimal dərinliyi 7-8 metr, suyunun həcmi isə 10 milyon kub metr olan İşıqlı Qaragölün

şəffaflığı vaxtilə 4,6 metr idi. Hazırda gölə radioaktiv tullantıların atılması nəticəsində suyun təmiz tərkibi və rəngi dəyişib. Gölün ətrafındakı (Şimal-Şərq istiqaməti) «Məhəmməd övladları» ziyarətgahı dağıdılaraq məhv edilib.

Bu ziyarətgah IX əsrdə Seyid Pir Allah tərəfindən tikilib. İslam tarixinin gözəl nümunəsi olan bu abidə yerlə-yeksan oldu.

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində irili-xırdalı 7 göl qalıb: Kəlbəcər-Laçın rayonu yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayonu ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi təbii sərvətlər bu gün işğal altındadır. Zalxagöl, məlumata görə, dini bir abidədir. Əfqan yazıçısı Yusif Xanı yazır ki, vaxtilə yerli adamlar Qurani-Kərimin nüsxələrini köçürərkən bugölün suyu onlar üçün mürəkkəb olub.(1989-90-cı illərdə Ermənistan tərəfındən Oxçuçayın bir il ərzində çirklənməsinə görə о dövrün qiyməti ilə 7,5 milyard rubl iddia sənədləri keçmiş SSRİ Arbitrajındabaxılmaq üçün qəbul edilmiş, faktlar sübuta yetirilmişdir – R.N.).Azərbaycanın ermənilər tərəfındən işğal olunmuş ərazilərində 247352 hektar meşə sahələri (Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin 03 oktyabr 2005-ci il tarixli məlumatı) qalmışdır ki, bu,Ermənistanın bütün meşələrinin 25%-dən çoxdur. Bütövlükdə Azərbaycanın meşələri Ermənistanın meşələrindən 2,5 dəfə aıtıqdır («Лесной фонд СССР». I том, 1986 г.).

Araşdırmalarımıza görə, Qarabağ meşələrində 123 müqəddəs şəxsin dəfn olunduğu tənha məzarlar var. Bu məzarlıqların təqribən 70-i dünyanın İslam araşdırma mərkəzlərində qeyd olunur. Məsələn, Laçın, Kəlbəcər meşələrində məzar-ziyarətgahları, о cümlədən «Babayar», «Çiçəkli seyid», «Ballı məzar» İranın Qum şəhərində 1982-ci ildə çap olunmuş «İslami yaddaş» kitabında təsvir olunur.

Araşdırmalarımıza görə bir tank tırtıllarının səsindən 50-100 metr məsafədə olan gül kollarından 70%-i, davamlı «immunitetli» ağaclardan 20%-i, bulaqlardan 5%-i, sərçələrdən 10%-i, kiçik çay yataqlarından 2%-i… tədicən sıradan çıxaraq məhv olur. Bir «AK» gülləsinin səsi təqribən 500-600 ağac yarpağının tökülməsinə səbəb olur. Bir artilleriya mərmisi 80-100 hektar meşə zolağını yandırıb həmin ərazini öldürür. Havadan atılan kiçik ölçülü «bomba»nın təsirindən ətraf mühitin 16 gün normal iqlim şəraiti pozulur, rəngli yağışlar yağır, 200-300 metr məsafədə olan içməli su kəhrizləri 22 gün lilli qalır, durulmaq bilmir. Və yaxud, bir hərbi vertolyotun atdığı mərmilərin nəticəsində həmin ərazinin torpaq qatı çat verir, yağış yağarsa 15, yağmazsa 9 gündən sonra mərmi düşən zolaq «ölü zona»ya çevrilir. İyirmi il həmin yerlərda heç nə bitmir. Ətrafdakı yaşayış məntəqələrində vərəm sindromu 2,5 dəfə artır.

Ərazidən qalxan və еnən hər hansı bombardmançı və yaxud qırıcı təyyarənin səsindən ətrafdakı meşə zolaqlarının

böyük bir qismi «qorxudan» öz-özünə yanıb quruyur (Bax: əlavə olaraq pr. A.Sidorovun, D.Melnikovun (RF), F.Alfredin (Almaniya), K.Faumanın (ABŞ), A.Smitin (İngiltərə) ekologiya ilə bağlı əsərlərinə).

Şuşanın ərazisinin 20%-ni meşələr tuturdu. İndi bu, 17%-dir.

İşğaldan qabaq ərazida 30 kənd olub. İndi isə 21 kənd qalıb.

NATO-ya üzv ölkələrin və BMT-də əyləşənlərdən teleqram: Vicdanınız olsun, imkan verin Azərbaycan Prezidenti, Vitse-prezidenti… batan, viranə qalmış kəndlərimizi dirildib, yenidən həyat versin.

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

Share: